Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:57

Misirə yeni baş nazir təyin edilib


Misir prezidenti Mohammad Morsi keçmiş irriqasiya naziri Hashem Kandili baş nazir vəzifəsinə təyin edib və ona yeni hökumət yaratmağı tapşırıb.

Bu barədə çərşənbə günü Misirin dövlət televiziyası xəbər verib.

Keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkəni idarə edən müvəqqəti Ali
Hərbi Şura iyunun 30-da hakimiyyəti ölkədə keçirilmiş prezident seçkisində qalib gəlmiş Mohammad Morsiyə təhvil verib.
Amma buna baxmayaraq hərbçilərin ölkədə nüfuzu yüksək olaraq qalır.

Ali Hərbi Şura bu yaxınlarda qanun pozuntularını əsas gətirərək Morsinin təmsil olunduğu
“Müsəlman qardaşları” hərəkatının qalib gəldiyi parlament seçkisinin nəticələrini ləğv edib.
XS
SM
MD
LG