Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

Cənubi Koreya prezidenti qardaşına görə üzr istəyib


Cənubi Koreya prezidenti Lee Myung-bak qardaşı və bir sıra keçmiş köməkçilərinin adlarının korrupsiya qalmaqalında hallanmasına görə xalqdan üzr istəyib.

O televiziya ilə qısa çıxışında buna görə xalq qarşısında baş əyib.

Hazırda həbsdə olan prezidentin böyük qardaşı iki əmanət bankından yarım milyon dollar rüşvət almaqda ittiham olunur.

O uzun müddət parlamentin üzvü olub.

Bu növbəti prezident seçkisində hakim paertiyanın namizədinə mənfi təsir göstərə bilər.
XS
SM
MD
LG