Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:34

Əli Əhmədov: «Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq»


Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov
«Yeni Azərbaycan Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədi partiyamızın sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır. Təəssüf ki, bəzi mətbu orqanlar bu məsələ ilə bağlı təxribatla məşğul olur».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, partiyanın sədr müavini Əli Əhmədov verib. O qeyd edib ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir.
Ə. Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İ. Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.

MÜXALİFƏTİN VAHİD NAMİZƏDİ BƏLLİ DEYİL...

Müxalifət partiyaları 2013-cü ilin prezident seçkilərində vahid namizəd məsələsini hələ rəsmən müzakirəyə çıxarmayıb.

Müxalifətin vahid namizədi kimi adı çəkilən AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər isə bu məsələdən danışmaqda maraqlı görünmürlər.

Bir müddət əvvəl AzadlıqRadiosunun vahid namizədlə bağlı sualına Əli Kərimli cavabında deyib ki, bu mövzuda danışmaqda həvəssizdir.

Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, İctimai Palatada daha mühüm məsələlərin müzakirə olunduğu bir vaxtda belə bir məsələnin ortalığa atılması cəmiyyəti hakimiyyətdaxili problemlərdən yayındırmağa hesablanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG