2026, 23 Noyabr, bazar ertəsi, Bakı vaxtı 12:04

Prezident Biləsuvara 5,2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar rayonunun sosial-iqtisadi inkişafına 5,2 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

Sərəncamda bu vəsaitin əsasən 17 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisinə sərf olunması nəzərdə tutulur.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğin ayrılmasını təmin etmək, nazirlər kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XS
SM
MD
LG