Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Yeni kitablar: “Taun”, “Tom Soyyerin macəraları” və “Kərbəla”


“Qanun” nəşriyyatı XX əsrin böyük yazıçılarından olan, Nobel mükafatı laureatı Alber Kamyunun “Taun” romanını Azərbaycan dilində çap edib.

Fransızcadan Mina Candan Raufqızının çevirdiyi roman faşizm əleyhinə yazılmış ən mühüm əsərlərdəndir.

Şimali Afrikanın bir liman şəhərində siçovullar küçədə qan qusanda kimsə buna əhəmiyyət vermir, sonra insanlar ölməyə başlayır, amma şəhər rəhbərliyi buna da ciddi yanaşmır, yalnız iş-işdən keçəndən sonra tauna qarşı mübarizə başlayır.

Bunun faşizmlə nə əlaqəsi? Birnəfəsə oxuyacağınız bu romanı bitirəndə hər şeyi anlayacaqsınız.

“Qanun” nəşriyyatı Böyük Amerika yazıçısı Mark Tvenin (1910) “Tom Soyyerin macəraları” romanını da latın qrafikasında çap edib.

Əsər Tomla dostlarının başına gələn maraqlı, qorxulu və əyləncəli hadisələrdən bəhs edir. Macəra axtaran uşaqlar kimsəsiz adada tufana düşürlər, geri qayıdanda isə özlərinin dəfn mərasiminə gəlib çıxırlar. Tomla Hekin qəbiristanlıqda təsadüfən şahidi olduqları bir qətl hadisəsi onların sonrakı taleyinə həlledici təsir göstərir.

Tərcümə edən: Şəfiqə Ağayeva

“Qanun” nəşriyyatı türk yazıçısı Bekir Yıldızın “Kərbəla” romanını da çap edib.

Romanda müsəlman xalqlarının tarixi və dini-ictimai görüşlərinə ciddi təsir göstərmiş Kərbəla əhvalatları təsvir olunur. Əsərin tarixi və didaktik əhəmiyyəti var.

Türk dilindən tərcümə: Aydın Məmmədov
XS
SM
MD
LG