Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:43

İraqda ölənlərin sayı 100-ü ötüb


Bu gün İraqda törədilmiş hücum və partlayışlarda 100-dən çox adam ölüb, 200-ə yaxın adam yaralanıb.

Təkcə Taci şəhəri yaxınlığındakı hərbi bazaya edilmiş hücum nəticəsində 40-a yaxın adam ölüb.

Bağdad da daxil olmaqla ölkənin 13 şəhərində 21 hücum və partlayış törədilib.

Hakim dairələr hesab edir ki, bunun arxasında bazar günü hakimiyyəti yeni hücumlarla hədələyən əl Qaidə durur.
XS
SM
MD
LG