Keçid linkləri

2026, 15 Avqust, şənbə, Bakı vaxtı 20:49

Dövlət Neft Fondu xaricdə daşınmaz əmlak alır

Azərbaycanın Dövlət Neft Fondu Avropa və Asiyanın mərkəzi şəhərlərində ofis tipli daşınmaz əmlaka investisiya yatırmaq niyyətindədir.

Bu barədə APA agentliyi fonda istinadla xəbər verir.

Məlumata görə, ilin əvvəlindən daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə Fondun əməkdaşları London, Paris, Roma, Moskva və İstanbulda müxtəlif daşınmaz əmlak şirkətləri ilə görüşlər keçirib, obyektlərə baxıbıar.

Bununla yanaşı, hüquq məsləhətçiləri ilə birgə səmərəli hüquq-vergi strukturunun qurulması üzərə işlər aparılır.

Hazırda London, Paris, Roma, Moskva və İstanbuldan başqa Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif obyektlər nəzərdən keçirilir.
This item is part of
XS
SM
MD
LG