Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 12:13

Ərəb Dövlətləri Birliyi Liqası Assadi istefaya çağırıb

Ərəb Dövlətləri Birliyi Liqası Suriya prezidenti Bashar Assadi istefaya çağırıb. Qətərdə yığışan Ərəb Dövlətləri Birliyi Liqası ölkələrinin xarici işlər nazirləri bildiriblər ki, əgər Bashar Assad istefa versə, özünə və ailəsinin təhlükəsiz gedişi təmin olunacaq.

Qətərdə yığışan Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri Suriya müxalifətinə müvəqqəti hökumət qurmağı da təklif edib.

Suriyada isə döyüşlər davam edir. Hökumət qoşunları Dəməşqin Barze rayonunu və ona bitişik iki məhəlləni ağır silahlardan atəşə tutublar. Müxalifətçilər bildiriblər ki, elə həmin gün hökumət qoşunları müxalifət tərəfdarlarını Dəməşqin Mezze rayonundan sıxışdırıb çıxardıblar.

Hələb şəhərində də ağır döyüşlər getməsi haqqında xəbərlər gəlir. Hələb şəhərində müxalifətçilər prezident Bashar Assadin atası Hafez Assadin heykəlini uçurdublar.
This item is part of
XS
SM
MD
LG