Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:13

Mirmahmud Mirəlioğlu Korrupsiya qarşı mübarizə idarəsinə niyə çağırıldı?


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu
-
KXCP sədri Mirmahmud Mirəlioğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağırılıb.

İdarədən çıxandan sonra AzadlıqRadiosuna müsahibəsində o, «Gündəm-xəbər» qəzetinin baş redaktoru Şirin Cəfəri barəsində açılan cinayət işi ilə bağlı şahid qismində dindirildiyini deyib.

«BİZİM QƏZETLƏ BAĞLI ƏLAQƏLƏRİMİZ VƏ S. TİPLİ SUALLAR VERİLDİ»

«Mənə çağırış vərəqi gələndə, bir cinayət işinin nömrəsini bilirdim. Amma İdarədə aparılan sorğu-sualdan aydın oldu ki, mənim şahid qismində Korrupsiyaya qarşı Mübarizə idarəsinə çağırılmağım «Gündəm xəbər» qəzeti ilə bağlı açılan cinayət işi ilə bağlıdır. Burda korrupsiya hesab edilən müxtəlif məsələlər, bizim qəzetlə bağlı əlaqələrimiz və s. tipli suallar verildi».

İstintaq sirri olduğundan M.Mirəlioğlu ona konkret hansı sualların verildiyini açıqlamayıb.

Qəzetin sabiq baş redaktoru və hazırkı təsisçisi Şirin Cəfəri isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, bir il əvvəl onlara qarşı vergidən yayınma ilə bağlı cinayət işi açılıb. O, istintaqa ifadəsində parlament seçkiləri ərəfəsində qəzetə ianə verən KXCP sədri M.Mirəlioğlu və digər şəxslərin adlarını açıqlayıb. O hesab edir ki, elə KXCP sədri və onun müavinlərinin şahid qismində istintaqa çağırılması da bununla bağlı ola bilər:

«BİZ 68 MİN 244 MANAT VERGİDƏN YAYINMADA İTTİHAM OLUNDUQ»

«Bir il əvvəl vergi əməkdaşları bizi yoxlamağa başladılar. Dedilər ki, siz 2 ildə əldə etdiyinizi gəlirləri az göstərmisiniz və bu çox şübhəlidir. Soruşdular ki, siz belə az gəlir göstərdiyiniz halda necə dolanmısınız. Sonda biz 68 244 manat vergidən yayınmada ittiham olunduq. Mən də izahatımda bildirdim ki, bizə yaxın adamlar tərəfindən ianələr olub. Mən parlament seçkiləri ərəfəsində bizə ianələr verən adamların adlarını sadaladım. Orda Mirmahmud bəy və digərlərinin də adı var idi. Yəqin ki, onları da bu məsələ ilə bağlı istintaqa çağırıblar».

Ş.Cəfəri deyir ki, o, qəzetin redaktoru olduğu dövrdə Mətbuat Şurası onlardan Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsinə müraciət edib, bu araşdırmalar da həmin müraciətlə bağlıdır:

«Mən vəzifə səlahiyyətlərini aşmada və vergidən yayınmada ittiham olunuram. Amma bir ildir istintaq gedir, hələ ortalıqda heç bir şey yoxdur. Heç bir şey tapa bilməyiblər. Hesab edirəm ki, bu, bizə qarşı bir təzyiqdir. Bizim qəzet nə müxalif, nə də iqtidaryönlüdür. Biz bütün xəbərləri dərc edirik. Bu, bəlkə də kimlərəsə sərf etmir. Ona görə bizə qarşı belə təzyiqlər edilir».

İyulun 23-də KXCP-nın sədri Mirmahmud Mirəlioğlundan başqa onun 2 müavini də şahid qismində Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə idarəsinin istintaq şöbəsində dindirilib.

«Gündəm xəbər» qəzeti 2009-cu ildən nəşrə başlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG