Keçid linkləri

2026, 11 Oktyabr, bazar, Bakı vaxtı 04:37

Ağdamın işğalından 19 il keçir


İyulun 23-də Azərbaycanın Ağdam rayonunun işğalından 19 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə rəsmilər Azərbaycan iqtisadiyyatı 3 milyard manat itirdiyini bildirirlər.

23 iyul 1993-cü ildə azsaylı könüllü Azərbaycan əsgərləri ilə erməni ordusu arasında 42 gün davam edən döyüş Ağdamın işğalı ilə nəticələnib.

Ağdamın işğaldan əvvəl 88 min 395 hektar ərazisi, 1 şəhəri, 119 kənd və qəsəbəsi olub. 1993-cü ilədək rayonun 1736 hektar dövlət meşəsi, 710 hektar kolxoz meşəsi, 560 hektar yol, su və kanal kənarı, şəhərətrafı meşə sahələri var idi.
This item is part of
XS
SM
MD
LG