Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:47

Hakimiyyətin namizədi, Berti Vogtsdan yenilik olmasa...


«Vaxtaşırı verilən «İlham Əliyev bizim namizəddir» bəyanatları sığortalanmaq üçündür». Bunu «Azadlıq» qəzetinə müsahibəsində Azərbaycan Naminə Ictimai Forumun prezidenti, Ziyalılar Forumunun təsisçilərindən biri Eldar Namazov deyib. Eldar Namazov hesab edir ki, «Hakimiyyətin 2013-cü illə bağlı çox ciddi problemləri var».
-
«XANKƏNDİDƏ AEROPORTUN AÇILMASI AZƏRBAYCANA QARŞI TƏXRİBATDIR»

«Yeni Azərbaycan» qəzetinin yazdığına görə bu fikir Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlıya məxsusdur.
Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Mübariz Qurbanlı hesab edir ki, «Əgər Xankəndi ilə İrəvan arasında hava əlaqəsi yaradılarsa, bu hazırkı dövrdə aparılan danışıqlara böyük xələl gətirməklə yanaşı, Ermənistanın beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi dörd qətnamə və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə etinasız yanaşmasına növbəti sübut olacaq».
ARİF HACILI: İNSANLARI İNANDIRMALIYIQ...

«Yeni Müsavat» yazır ki, «Arif Hacılı İctimai Palatadan fallıq və aksiyalar tələb edir».

Qəzetin yazdığına görə, Müsavat partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı İctimai Palatanın ssesiyasında çıxışı zamanı deyib ki, «Bizim qarşımızda duran əsas vəzifələrdən biri hakimiyyətin neqativ cəhətlərini açıb cəmiyyətə göstərməkdirsə, biz bunu etmişik, edirik və proses sürətlə gedir və çox ciddi nəticələr əldə olunub. İndi biz Azərbaycanda real dəyişikliklərin olmasına Azərbaycan insanlarını inandırmalıyıq».

BERTİ VOGTSA «DAVAY DO SVİDANİYA» DEYİLƏ BİLƏR...
Berti Foqts
Berti Foqts
«Futbol+» qəzeti yazır ki, meyxanaçı qardaşlar futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Vogtsa da «davay do svidaniya» deyə bilər. Qəzetə müsahibəsində meyxana ustası Ehtiram Rüstəmov deyib ki, «qarşıdakı aylarda Vogtsdan yenilik olmasa, ona da deyəcəyik ki, «davay, do svidaniya».
Azərbaycanda beynəlxalq internet kanallarının ümumi tutumu təqribən 200 giqabit saniyəyə çatıb. AzərTAc Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən yazır ki, ötən illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2,2 dəfə artaraq təqribən 200 giqabit saniyəyə çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG