Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 23:51

Norveçdə terror qurbanlarının xatirəsi anılır


Foto arxiv
Foto arxiv
Bu gün Norveçdə ötən il bu ölkədə törədilmiş terror qurbanlarının xatirəsi yad edilir.

Baş nazir Jens Stoltenberg Osloda terrorun törədildiyi əraziyə əklil qoyub, ölənlərin xatirəsinə ehtiram bildirib.

O qeyd edib ki, bu terror aktından sonra Norveç xalqı əvvəlcə şok yaşadı, sonra isə birliyini qoruyub saxladı, bizim açıq və etibarlı cəmiyyətimizdə coxmədəniyyətliliyi və insani dəyərləri qorumağa qalxdı.

Norveç kralı 5-ci Harald da mərasimdə iştirak edib.

Ötən il paytaxt Oslo və Utoya adasında törədilmiş terror aktları 77 nəfərin ölümü, 240-dan çox adamınsa yaralanması ilə nəticələndi.

Bu terror aktını törədən Anders Breivik

Özünü günahkar saymır və bununla ölkəsini islamdan qorumağa çalışdığını deyir.

Əgər məhkəmə onu sağlam hesab eləsə Breiviki uzunmüddətli həbs gözləyir.

Əks halda isə müalicə üçün psixiatrik xəstəxanaya göndəriləcək.

Qərar avqustun 24-də çıxarılmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG