Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:57

Norveçdə terror qurbanlarının xatirəsi anılır


Bazar günü Norveçdə ötən il bu ölkədə törədilmiş terror qurbanlarının xatirəsi yad edilir.

Baş nazir Jens Stoltenberg Osloda terrorun törədildiyi əraziyə əklil qoyub, ölənlərin xatirəsi anılıb.

Ötən il paytaxt Oslo və Utoya adasında törədilmiş terror aktları 77 nəfərin ölümü, 240-dan çox adamınsa yaralanması ilə nəticələndi.

Bu terror aktını törədən Anders Breivik

Özünü günahkar saymır və bununla ölkəsini islamdan qorumağa çalışdığını deyir.

Əgər məhkəmə onu sağlam hesab eləsə Breiviki uzunmüddətli həbs gözləyir.

Əks halda isə müalicə üçün ruhi xəstəxanaya göndəriləcək.

Qərar avqustun 24-də çıxarılmalıdır.
XS
SM
MD
LG