Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:29

Vaşinqtonda QİÇS-lə mübarizəyə həsr edilmiş konfrans başlanır


Bu gün Vaşinqtonda QİÇS-lə mübarizəyə həsr edilmiş 19-cu beynəlxalq konfrans başlanır.

Konfransda siyasətçilər, alimlər, ictimai fəallar və bu virusun daşıyıcıları da daxil olmaqla 25 min adamın iştirakı gözlənilir.

İctimai fəallar dünya liderlərini bu virusun yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırlar.

Son məlumata görə, hazırda dünyada bu virusa yoluxmuş 34 milyona yaxın adam var.

Təkcə ötən il bu xəstəlikdən dünyada milyon yarım adam ölüb.
XS
SM
MD
LG