Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Heydər Əliyev Mərkəzində yanğının səbəbi açıqlandı [VİDEO]


Heydər Əliyev Mərkəzində yanğının xronikası
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00
Direct-ə keçid

Heydər Əliyev Mərkəzində güclü yanğın (Yenilənib)

-
«İlkin ehtimallara görə, yanğına Mərkəzdə fəhlələr tərəfindən qaynaq işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Araşdırmalar davam edir. Yanğın mərkəzin 1000 kvadrat metr sahəsini əhatə edib».

Bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov jurnalistlərə açıqlamasında deyib.

«Mərkəzdə yanğından təhlükəsizlik sistemləri olubmu» sualına cavabında Füzuli Əsədov deyib ki, bu sistem mövcuddur. Onun işə düşməməsinin səbəbini isə belə izah edir ki:

«Yanğın binanın damında baş verib. Ona görə də, içəri tüstü və müəyyən temperatur daxil olmadığı üçün bu sistem işə düşməyib.

İyulun 21-də Prezident Administrasiyası, Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və bəzi başqa qurumların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib. Jurnalistlərə Heydər Əliyev Mərkəzinin hazırkı vəziyyəti ilə tanış olmaq imkanı yaradılıb.

AzadlıqRadiosunun mərkəzlə tanış olan müxbiri bildirir ki, hazırda binanın damında bərpa işləri gedir.

İyulun 20-də saat 11:30 radələrində H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın olub.

MƏRKƏZ FƏALİYYƏTİNİ DAVAM ETDİRİR
«Yanğın Heydər Əliyev Mərkəzinin fəaliyyətinə mane olmayıb. Hazırda Heydər Əliyev Mərkəzi fəaliyyətini davam etdirir».

APA-nın məlumatına görə, bunu jurnalistlərə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib.

A.Ələkbərov bildirib ki, yanğın mərkəzin Heydər Əliyev muzeyi yerləşən hissəsində, tavanda baş verib:

«Mərkəzdə son dərəcə mükəmməl yanğınsöndürmə sistemi var, lakin onun quraşdırılması hələ başa çatmayıb, podratçı şirkət bu sistemi quraşdırmaqda davam edir».
XS
SM
MD
LG