Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:07

Putin alkoqollu içkilərin reklamını qadağan edib


Vodka Putinka, 2012
Rusiya prezidenti Vladimir Putin internet və nəşr olunan kütləvi informasiya vasitələrində alkoqollu içkilərin reklamını qadağan edən qanun imzalayıb.

Pivə də daxil olmaqla istənilən alkoqollu içkinin reklamı qadağandır.

Qanun nəşr olunan kütləvi informasiya vasitələri üçün gələn il yanvarın 1-dən, internet üçün isə qanun rəsmi çap edildiyi gündən qüvvəyə minəcək.

Hazırda mətbuatda alkoqollu içkilərin reklamı yalnız 1-ci və sonuncu səhifələrdə qadağandır.

Uşaq nəşriyyatında isə bu cür reklamlar ümumiyyətlə qadağandır.
İnternetə isə məhdudiyyət yox idi.

Vladimir Putin qeyri-kommersiya şirkətləri ilə bağlı yeni qanunu da təsdiqləyib.

Bundan əvvəl parlamentin də qəbul etdiyi qanuna görə, xaricdən maliyyələşdirilən və siyasətlə məşğul olan təşkilat xarici agent hesab olunacaq.

Bu cür təşkilatlar xüsusi hesabat verməli olacaqlar.
XS
SM
MD
LG