Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Cənubi Sudan Sudanla sülh danışıqlarından çıxıb


Cənubi Sudan Sudanla sülh danışıqlarından çıxdığını bəyan edib.

Cənubi Sudan sərhəddə yerləşən mübahisəli ərazilərin yenidən Sudan tərəfindən havadan bombalandığını deyir.

Sudan komandanlığı isə bu rayondə elə bir hərbi əməliyyat keçirilmədiyini deyir.

Danışıqlaradək neftlə zəngin olan mübahisəli ərazilərə görə iki ölkə arasında silahlı mübarizə gedirdi.

BMT-nin təhlükəsizlik şurası xəbərdarlıq edib ki, əgər tərəflər avqustun 2-dək razılığa gəlməsələr onlara qarşı sanksiya tətbiq ediləcək.

Cənubi Sudan 1 il bundan əvvəl referendum yolu ilə Sudandan ayrılaraq müstəqil dövlət olub.
XS
SM
MD
LG