Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:45

Putin alkoqolun reklamını da qadağan elədi


Rusiya prezidenti Vladimir Putin internet və nəşr olunan kütləvi informasiya vasitələrində alkoqollu içkilərin reklamını qadağan edən qanun imzalayıb.

Pivə də daxil olmaqla istənilən alkoqollu içkinin reklamı qadağandır.

Qanun nəşr olunan kütləvi informasiya vasitələri üçün gələn il yanvarın 1-dən, internet üçün isə qanun rəsmi çap edildiyi gündən qüvvəyə minəcək.

Hazırda mətbuatda alkoqollu içkilərin reklamı yalnız 1-ci və sonuncu səhifələrdə qadağandır.

Uşaq nəşriyyatında isə bu cür reklamlar ümumiyyətlə qadağandır.

İnternetə isə məhdudiyyət yox idi.
XS
SM
MD
LG