Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:17

Azərbaycanda ipoteka faizləri artıb


Azərbaycan milli bankı
Azərbaycanda İpoteka Fondunun xətti ilə ilin ilk 5 ayında verilən ipotekaların məbləği orta hesabla 39 min manat olub.

Bu barədə APA agentliyi Azərbaycanın Mərkəzi Bankına istinadla xəbər verir.

Bankın məlumatına görə, vətəndaşlar ipoteka kreditlərini getdikcə daha uzun müddətə götürməyə üstünlük verirlər.

Ötən ilin ilk 5 ayında kreditlərin orta müddəti 270 ay olduğu halda, bu il iyunun 1-ə bu müddət 277 ay, təqribən 23 il olub.

İpoteka kreditləri üzrə faizlər də də artıb.

Bir il əvvəl kreditlər orta hesabla 6,92% olduğu halda, indi bu göstərici 7,14%-dir.
XS
SM
MD
LG