Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Suriya ordusu əks-hücuma keçib


Suriya ordusu cümə günündən paytaxt Dəməşqin bir sıra rayonlarında üsyançılara qarşı irimiqyaslı hücuma keçib.

Müxalifətdə olan “Suriya azadlıq ordusu” nun birləşmələri Midan rayonundan keçiri çəkiliblər.

Rəsmi kütləvi informasiya vasitələri həmçinin üsyançıların bir neçə rayondan çıxarıldığını xəbər verirlər.

Müxalifət bunu taktiki gediş adlandırır.

Həmçinin Hələb şəhəri, habelə Türkiyə və İran sərhədlərindəki nəzarət-buraxılış məntəqələrində döyüşlər gedir.

Suriyalı hüquq müdafiəçiləri cümə günü ölkədə 177 adamın öldürüldüyünü və onlardan
119-nun dinc sakinlər olduğunu deyirlər.

Amnesty International təşkilatı bəyan edib ki, dinc sakinlərin ölümünə görə üsyançılar da cavabdehlik daşıyır.

Elə həmin gün iyulun 18-də öldürülmüş 3 generalın dəfn mərasimi olub.

Prezident Bashar Assad mərasimdə iştirak etməyib.

BMT-nin təhlükəsizlik şurası isə bu arada Suriyadakı beynəlxalq müşahidəçilərin mandatını 30 gün uzadıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG