Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

İstirahət günü hava necə olacaq?


-
Bakıda və Abşeron yarımadasında iyulun 22-də havanın tutqun olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hava gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 22-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
XS
SM
MD
LG