Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

İsraildə terror qurbanları dəfn edilir


Bu gün İsraildə Bolqarıstanın Burgas şəhərindəki terror aktında həlak olanlar dəfn olunur.

İyulun 18-də Burgas şəhərində İsrail turistlərini daşıyan avtobusda intiharçının işə saldığı partlayıcı maddə 5 israilli gəncin və bolqar avtobus sürücüsünün həyatına son qoyub. Azı 30 adam yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Terrorçu özü də ölüb.

İsrailin baş naziri Benjamin Netanyahu terrora görə “Hizbullah”ı və İranı ittiham edir.
XS
SM
MD
LG