Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:14

Həmsədrlər Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat verib


ATƏT-in Minsk qrupunun həmsədrləri-Robert Bradtke (ABŞ), Igor Popov (Rusiya) Jacques Faure (Fransa) iyulun 19-da Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul edir. Ancaq nə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən heç biri, nə də dünyanın istənilən ölkəsi Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır.

Həmsədrlər bildirir ki, iyulun 19-da keçirilən prosedur heç bir halda Dağlıq Qarabağın yekun hüquqi statusunu və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair aparılan danışıqların nəticəsini müəyyən etmir.
XS
SM
MD
LG