-
Kaskadyor Əli Məmmədov:
"Biz aldığımız məbləğ bizə imkan vermir ki, özümüzü sığortalayaq. Əslində film özü sığortalamalıdır".
Filmlərdə tez-tez görürsüz ki, hansısa avtomobil içində insanlarla birlikdə yandı, yaxud qəhrəman alovun, fəlakətin içindən sağ-salamat çıxır. Bu həyəcanı yaşadanlar isə demək olar ki, sevimli aktyorunuzun fonunda gözdən qaçır. Söhbət risk sənətkarlarından - kaskadyorlardan gedir.
Kaskadyor filmdə aktyorun başına gələn qəzavü-qədərin ifaçısıdır. O, aktyora oxşar olmalı, tamaşaçının gözündə fərq hiss etdirməməlidir. Özlərini oda-alova, məsələn, 40 metr yüksəklikdən yerə atan kaskadyorlar riski minimuma endirmək üçün qoruyucu vasitələrdən istifadə edirlər.
«TƏLƏSMƏLİYDİM DEYƏ...»
1989-cu ildən kaskadyorluq edən Əli Məmmədov Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədridir. Peşəsi sayəsində başına hər cür macəra gəlib. Sonuncu çəkiliş zamanı kiçik bir peşə səhvi ucbatından ayağını da sındırıb:
«Bu işdə tələsmək olmaz. Tələsdim, bir tərəfdən də külək qalxdı, bizim qoyduğumuz qoruyucu qutuları külək apardı, bir də təzədən yığdıq. «Skoç» gətirmədilər, gec gətirdilər. Ancaq hava dəyişəcək, kamera başqa ölkədən olduğuna görə aparılacaqdı deyə tələsməliydim. Mən də atlananda tələsdim, qoruyucunun biri açıldı, ayağım dəydi yerə və dabanım sındı».
Aktyorun «sığortaçısı» olan kaskadyorun özünü kim sığortalayır? Əli Məmmədov deyir ki, çəkildiyi yerli filmlərdə kaskadyorun həyati təhlükəsizliyi barədə heç kəs düşünməyib:
SIĞORTA PROBLEMİ
«Biz aldığımız məbləğ bizə imkan vermir ki, özümüzü sığortalayaq. Əslində film özü sığortalamalıdır. Xarici heyət bizi sığortalamışdı. Biz getdik «tryuk» eləməyə, dedilər ki, sizi sığortalamışıq, narahat olmayın. «Tryuk»u da yaxşı yerinə yetirdik».
Azərbaycan filminə çəkilməklə xarici filmə çəkilməyin fərqini kaskadyorlar təkcə sığorta məsələsində görməyiblər. «Qiymət öldürmək» söhbəti də tanış səhnədir...
- «Gəlirsən, deyirsən, məsələn, 10 manatdır. Deyir ki, yox 10 manat verə bilmirəm, ancaq 2 manat verə bilirəm. Baxırsan, mümkündürsə, işi görürsən, mümkün deyilsə, yox. Mən ümumi qiymət götürürəm, nə qədər kaskadyor işləyəcək orda, nə qədər əşya alacağıq, onların hamısını üst-üstə gəlib hesablayıram, onlara təqdim edirəm ki, bu işin məbləği bu qədərdir. Rusiyada, Amerikada mən görmüşəm kaskadyorlara böyük hörmətlə yanaşırlar, qiymətini kəsmirlər. Bizdə çox vaxt yubadırlar».
«Nə qədər gecikdirirlər?»
- «Bir ay, altı ay. Bir ilə yaxın çəkən vaxtlar da olur».
«BAZAMIZ YOXDUR»
Əli Məmmədov fəaliyyəti müddətində qiymətcə «od tutub yanan» xeyli avtomobil yandırıb. O deyir ki, filmlərdə bütün fəndləri yerinə yetirə bilir – yanma, yüksəklikdən tullanma, döyüş səhnələri, avtomobil fəndləri. Bununla belə, özlərini inkişaf etdirmək istəyən Azərbaycan kaskadyorları problemlərlə də üzləşirlər:
«Bazamız yoxdur. Bunu inkişaf etdirmək üçün mütləq baza lazımdır. Sadəcə film olanda gedirik zal kirayələyirik. Adi idman zallarında. Əslində baza olsa, məsələn, öz atımız olar, itimiz olar tryukları hazırlamaq üçün».
Əli Məmmədov deyir ki, kompüter qrafikasından geniş istifadə olunduğu zamanda da kaskadyorlara böyük ehtiyac var. O, öz təcrübəsinə söykənib peşəsinin tələblərindən danışır:
«İDMANÇI OLMAYA DA BİLƏRSƏN»
«Sağlam, idman formasında olmalısan. Hansısa balaca eksperimentlər aparmalısan maketlərlə, ya nə iləsə. Film sənayesini bilməlisən ki, inkişaf edəsən. Bunları eləməsən, sadəcə gözləsən ki, mən idmançıyam, nəsə edə bilərəm, alınmayacaq. İdman və kaskadyor sahələri tam başqa şeydir. İdmançı olmaya da bilərsən, ancaq bunları edə bilərsən».
Əli Məmmədov tanınmış yerli filmlərdən «Qara Volqa», «Cavad xan», «Fəryad»a, xarici istehsalçılara aid olan «Silah» (Rusiya, Tacikistan, serial), «Dənizçi» (Rusiya), «Jurnalist» (Rusiya, serial), «Tələbə» (Rusiya), «Qraf Krestofski» (Rusiya), «Dronqo» (Rusiya, serial), «Məleykələr» (İran) filmlərində, həmçinin də bir çox musiqi kliplərində, reklamlarda fəndlər quruluşçusu və ifaçısı olub.