Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:34

Azərbaycanın şimal-qərb bölgəsinə güclü yağıntı düşüb


Respublikanın şimal-qərb bölgəsinə yağan güclü yağış Balakən rayonunda ciddi fəsadlar törədib.

Balakən Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, səhər saatlarında rayonda hava şəraiti qəfildən pisləşib və güclü küləklə müşayiət olunan yağış yağıb.

Bəzi ərazilərdə dolu düşüb. Nəticədə rayonun bir neçə kəndində, həmçinin Talalar və Sarıbulaq kəndlərində həyətyanı sahələri və evləri su basıb, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Güclü küləklə yağam dolu bəzi evlərin dam örtüyü və şüşələrini qırıb.

Hazırda rayon mərkəzi də daxil olmaqla ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Yaranan qəzalar aradan qaldırıldıqdan sonra rayona enerjinin verilişi bərpa ediləcək.
XS
SM
MD
LG