Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Bolqarıstan Burgaz aeroportundan görüntülər yayıb Bolqarıstan Burgaz aeroportundan görüntülər yayıb


Bolqarıstanın Daxili İşlər Nazirliyi Burgaz aeroportunda təhlükəsizlik kameralarının görüntülərini yayıb. Görüntülərdəki şəxslərdən birinin partlayışı törədən intiharçının olduğu ehtimal edilir.

Uzun saçlı, gözündə günəş eynəyi və kürəyində çantası olan bu şəxs əvvəlcə terminalda gəzişir. Partlayışdan az əvvəl isə bayıra çıxır.

Bolqarıstanın daxili işlər naziri Tsvetan Tsvetanov həmin gəncin üstündən ABŞ-ın saxta sürücülük vəsiqəsinin çıxdığını bildirib.

İyulun 18-də İsrail turistlərini daşıyan avtobusda intiharçının işə saldığı partlayıcı maddə 5 israilli gəncin və bolqar avtobus sürücüsünün həyatına son qoyub. Azı 30 adam yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Terrorçu özü də ölüb.

İsrailin baş naziri Benjamin Netanyahu terrora görə “Hizbullah”ı və İranı ittiham edir. İran bu ittihamı “gülünc” adlandırıb.
İranın Xarici İşlər Nazirliyi bütün terrorçu hücumları pislədiyini bildirib. “Hizbullah” isə İsrailin ittihamları ilə bağlı hələ açıqlama verməyib.
XS
SM
MD
LG