Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:56

Müxalifətçilər Suriyanın İraq və Türkiyə ilə sərhəd məntəqələrini ələ keçirib


Suriyada müxalifətçilər ölkənin İraq və Türkiyə ilə sərhəd məntəqələrini ələ keçirdiklərini bildiriblər.

İraqın daxili işlər nazirinin müavini Adnan al Assidi Azad Suriya Ordusunun Suriya ilə İraq arasındakı bütün keçidləri ələ keçirdiyini bildirib.

Paytaxt Dəməşqdə isə iri hərbi əməliyyatlar keçirilir. Hökumət əməliyyatlarda tanklardan, toplardan, ağır silahlardan və helikopterlərdən istifadə edir. Bu silahlar Dəməşqdə ölkədə 16 aydır davam edən qanlı toqquşmalardan bu yana ilk dəfədir istifadə olunur.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, Dəməşqin müxtəlif yerlərində 71 nəfər ölüb, çoxlu yaralananlar var.

Suriyanın dövlət televiziyası isə çərşənbə günü Dəməşqdə törədilmiş partlayışdan sonra (həmin partlayışda müdafiə naziri Daoud Rajha, onun müavini və prezident Bashar Assadın yeznəsi Assef Shawkat və fövqəladə hallar idarəsinin rəhbəri Hassan Turkomani ölüb, daxili işlər və milli təhlükəsizlik nazirləri isə yaralanıblar) ilk dəfə prezident Bashar Assadi göstərib. Görüntülər yeni müdafiə naziri Fahd Casim al Freicin təyinatı mərasimindən olub.

Dünən Rusiya ilə Çin BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsində BMT-nin bu ölkədəki müşahidəçilər missiyasının genişləndirilməsi və prezident Bashar Assadın 10 gün ərzində hərbi əməliyyatları dayandırmayacağı halda Suriya rejiminə qarşı yeni sanksiyalar tədbiq edilməsi nəzərdə tutulurdu.

Suriyalı fəallar bir ildən çoxdur ki, davam edən qanlı toqquşmalarda 17 mindən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG