Keçid linkləri

2026, 10 Avqust, bazar ertəsi, Bakı vaxtı 23:40

Keçmiş Tunis prezidenti ömürlük həbsə məhkum edilib

Keçmiş Tunis prezidenti Zine al Abidin Ben Ali cümə axşamı qiyabi ömürlük həbs cəzasına məhkum edilib.

Hərbi Tribunal onu ötən il keçirilmiş etiraz aksiyaları zamanı 43 nəfərin ölümündə təqsirli bilib.

Məhkəmə onunla yanaşı 40-a yaxın keçmiş məmur barəsində də hökm çıxarıb.

Prezidentin mühavizə xidmətinin keçmiş rəhbəri general Ali Seriati də onların arasındadır.

Ona 20 il iş kəsilib.

Keçmiş daxili işlər naziri isə 15 il alıb.
This item is part of
XS
SM
MD
LG