Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 02:54

Dəməşq ətrafında döyüşlər gedir

Suriyanın paytaxtı Dəməşqdə hökumət qoşunları ilə müxalifətçilər arasında qarşıdurmalar davam edir.

Yerli sakinlərin sözlərinə görə, ordu paytaxt ətrafında artilleriyadan atəş açır. Döyüşlər bazar günündən başlayıb.

Dünənki partlayışdan sonra prezident Bashar Assad hər hansı bəyanatla çıxış etməyib.

Dünən Dəməşqdə törədilmiş partlayışda Suriyanın müdafiə naziri Daoud Rajiha, müdafiə nazirinin müavini Assef Shavkat, Assef (o, həm də Assadın qaynıdır) və general Hassan Turkomani həlak olublar.
This item is part of
XS
SM
MD
LG