Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:24

Hərbi hissədəki yanğınla bağlı rəsmi məlumat yayılıb


Dövlət Sərhəd Xidməti (DSX) və Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda Sərhəd Qoşunlarına məxsus «N» saylı hərbi hissədə baş verən yanğınla bağlı birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün saat 07.00 radələrində DSX-nin Səngəçal qəsəbəsində yerləşən «N» saylı hərbi hissənin anbarında yanğın olub. Hadisə yerinə baş nazirin müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, DSX-nin rəisi Elçin Quliyev və respublika hərbi prokuroru Xanlar Vəliyev gəlib.

Yanğının söndürülməsi üçün dərhal hadisə yerinə gələn FHN-nin xüsusi dəstələri və texnikası, həmçinin aviatexnikası tərəfindən görülmüş tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb və az müddətdən sonra yanğın tam söndürülüb.

Hazırda baş vermiş hadisə ilə əlaqədar FHN, DSX və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG