Keçid linkləri

2024, 14 İyun, Cümə, Bakı vaxtı 20:30

Uşaqlar üçün ən yaxşı ölkə Yaponiyadır


Arxiv foto
Arxiv foto
Save The Children təşkilatı 2012-ci il üzrə Uşaq İnkişafı İndeksi haqqında hesabat yayıb.
Hesabatda bildirilir ki, son 10 ildə ilk dəfə olaraq aclıq çəkən uşaqların sayı artıb.

Hesabatda uşaqlar üçün ən yaxşı və ən pis ölkələr yer alıb. Bu, məktəbə gedən uşaqların sayı, uşaqlar arasında ölüm faizi və çəki azlığı göstəriciləri ilə müəyyənləşdirilib.

Uşaqlar üçün ən pis ölkə Somalidir. Keçən il bu ölkədə baş verən ərzaq böhranı nəticəsində on minlərlə uşaq ölüb. Yüz minlərlə uşaq isə evlərindən didərgin düşüb.

Uşaqlar üçün ən yaxşı ölkələr siyahısının ilk onluğu belədir - Yaponiya, İspaniya, Kanada, İtaliya, Finlandiya, İslandiya, Fransa, Böyük Britaniya, Almaniya və Norveç.

141 ölkə arasında Azərbaycan 87, Ermənistan 68, Gürcüstan isə 43-cü yerdədir. Rusiya 37, İran 60-cıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG