Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Qarabağ erməniləri "prezident seçkisi" keçirirlər


Xankəndində seçkiyə gedənlər namizədlər haqda məlumatları oxuyurlar
Xankəndində seçkiyə gedənlər namizədlər haqda məlumatları oxuyurlar
-



Dağlıq Qarabağda prezident seçkiləridir. Seçici siyahılarında 98 909 adamın adı var. Axşam saat 5-də artıq 63 faiz seçici səs verib.

Prezident vəzifəsinə 3 iddiaçı var - indiki prezident Bako Saakyan, yerli parlamentin üzvü Vitali Balasanyan, Ermənistanın Kənd Təsərrüfatı Universitetinin Xankəndindəki filialının prorektoru Arkadi Soqomonyan.

Pensiyaçı Valeri Khachaturyan 4-cü namizəd idi, ancaq seçkiyə az qalmış namizədliyini geri götürdü.

Vitali Balasanian (solda) hərbi təlimlərdə
Vitali Balasanian (solda) hərbi təlimlərdə
BALASANYAN

Seçkilərdə əsas müxalifət namizədi hesab olunan Vitali Balasanyan
səs verəndən sonra deyib:

“Mən bizim müstəqilliyimizə səs verdim. Mən bizim ali məqsədimizə- bir respublikaya səs verdim.”

Vitali Balasanyanı daha yaxından tanımaq üçün Azadlıq Radiosunun Erməni Xidmətinə müsahibəsində dediklərindən bəzi sitatlar:

“Mən Daşnak deyiləmsə, bu hələ o demək deyil ki, mənim ideyalarım daşnak ideyaları deyil”.

“1923-cü ildə də belə alçaq insanlar qrupu vardı, onlara görə biz referendum vaxtı səslərimizi Azərbaycana verdik. Əgər indi də belə adamlar olsa, deməli onlar, o vaxtki alçaqların nəvələridir.”

(Söhbət 1923-cü ildə referendumda Dağlıq Qarabağ əhalisinin Azərbaycanın tərkində qalmağa səs verməsindən gedir- Azadlıq Radiosu)

“Mənim Dağlıq Qarabağ problemini həll etmək təkliflərim var. Onlar 20 səhifədən çoxdur. Mən onları Bako Saakyana vermişəm”.

BAKO SAAKYAN

Bako Saakyan
Bako Saakyan
İndiki prezident Bako Saakyan vəzifəlilərin dəbdəbəli yaşaması sualına belə cavab verir:

“Əgər hakimiyyət nümayəndəsi öz fəaliyyətini cip markalı maşında həyata keçirirsə, bu maşın dəbdəbə, təmtəraq demək deyil. Çünki biz o maşınları alanda ekspert rəyini öyrənmişik, məlum olub ki, bu, Rusiya və ya başqa istehsallı maşınları alıb-işlətməklə müqayisədə bir neçə dəfə qənaət deməkdir.

Səs verəndən sonra isə Saakyan deyib:

“Bu gün xalq öz siyasi şüurunu, məsuliyyətli olduğunu bir daha göstərdi. Bu o deməkdir ki, biz düzgün yoldayıq və belə xalqla biz daha da inkişaf etmiş ölkə qura bilərik”.

AVROPA BİRLİYİ SEÇKİLƏRİ QANUNSUZ ELAN EDİB

Dağlıq Qarabağda prezident seçkilərinin keçirilməsi ilə bağlı Avropa Birliyinin Xarici Siyasət rəhbəri Catherine Ashton xüsusi bəyanat verib.

Catherine Ashton
Catherine Ashton
Bəyanatda deyilir ki, Avropa Birliyi Dağlıq Qarabağda seçkiləri anti-konstitusyon və qanunsuz hesab edir.

Ashton eyni vaxtda bildirir ki, “Bu seçkilər Dağlıq Qarabağın gələcək statusunun müəyyən olunmasına təsir etməməlidir”.

Dağlıq Qarabağda seçkilərin qanunsuz olduğunu Azərbaycan və Türkiyə də bəyan edib.

HƏYAT SƏVİYYƏSİ 35 FAİZ YÜKSƏKDİR

Ermənistan parlamentinin Dağlıq Qarabağdakı seçkiləri izləməyə gəlmiş nümayəndə heyətinin üzvü Artak Zakaryan isə deyib ki, seçkilərin bir məqsədi yerli əhalinin özünə lider seçməsidirsə, ikinci məqsəd məhz beynəlxalq aləmin diqqətini Dağlıq Qarabağ cəlb etməkdir.

Azadlıq Radiosunun Erməni Xidməti deputatdan soruşub ki, seçkilər saxtalaşdırıla bilərmi?

Zakaryan cavab verib ki, “Dağlıq Qarabağda seçki prosesi heç vaxt saxtalaşdırılmayıb”.

Nümayəndə heyətinin digər üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan da deyib ki, “saxtalaşdırma ehtimalı çox azdır”.

O buna bir neçə səbəb göstərib: “Dağlıq Qarabağda demokratik dəyərlərə münasibət Ermənistandakından yaxşıdır. İkincisi, Dağlıq Qarabağda həyat səviyyəsi də Ermənistandakından yüksəkdir”

Dağlıq Qarabağda həyat səviyyəsi Ermənistandakından nə qədər yüksəkdir?

Baqratyan bu suala belə cavab verir: “Orta hesabla 35 faiz”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG