Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Bolqarıstandakı partlayışı intiharçı törədib


Aeroportun təhlükəsizlik kamerasının qeydə aldığı ehtimal olunan intiharçı
Aeroportun təhlükəsizlik kamerasının qeydə aldığı ehtimal olunan intiharçı
Bolqarıstan hakimiyyət orqanları bildiriblər ki, Burga şəhərində baş verən partlayışı intiharçı törədib.

İsraildən olan turistləri Bolqarıstanın Burgas şəhəri aeroportuna aparan avtobusda baş verən dünənki partlayışda azı 8 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Ölənlərin 6-sı israillidir.

Bolqarıstanın daxili işlər naziri Tsvetan Tsvetanov bildirib ki, ölən bolqar sürücünün üstündə Amerikanın Miçiqan ştatının saxta sürücülük vəsiqəsi olub. Onun kimliyi haqda məlumat verilmir.

İsrailin müdafiə naziri Ehud Barack Burgasdakı terror aktını «Hizbullah»ın törətdiyini bildirib. İsrail istintaqa kömək üçün Bolqarıstana mütəxəssis qrupu göndərib.

Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov İsrailli həmkarına bildirib ki, partlayıcı avtobusa qoyulubmuş.

İsrailin baş naziri Benyamin Netanyahu partlayışa görə İranı ittiham edib.

Avtobus iyulun 18-də axşam saatlarında partladılıb.
XS
SM
MD
LG