Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:10

Sabahdan Bakıda temperatur aşağı düşəcək


Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, bəzi yerlərdə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər nazirliyinin məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
XS
SM
MD
LG