Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:19

«Səhər»TV-nin müxbirinin şikayətinə avqustun 2-də baxılacaq


«Səhər» telekanalının müxbirinin apelyasiya şikayətinə avqustun 2-də baxılacaq.

İyulun 19-da Bakı Apelyasiya Məhkəməsi «Səhər» telekanalının müxbiri Anar Bayramovun şikayəti üzrə ilkin baxış iclası keçirib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə yekun məhkəmə iclası avqustun 2-nə təyin olunub.

Anar Bayramov fevralın 17-də saxlanıb. Üzərindən 0.0387 qram heroin tapılan Bayramov qanunsuz yolla narkotik maddə əldə etməkdə və saxlamaqda ittiham olunub. İyunun 11-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG