Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Bolqarıstandakı partlayışı intiharçı törədib


Bolqarıstan hakimiyyət orqanları bildiriblər ki, Burga şəhərində baş verən partlayışı intiharçı törədib.

İsraildən olan turistləri Bolqarıstanın Burgas şəhəri aeroportuna aparan avtobusda baş verən dünənki partlayışda ölənlərin 6-i israilli, biri bolqrdır. 30-dan çox adam yaralanıb.

Bolqarıstanın daxili işlər naziri Tsvetan Tsvetanov bildirib ki, intiharçının üstündə saxta Amerika sürücülük vəsiqəsi olubmuş. Onun kimliyi haqqında məlumat verilmir.

İsrailin müdafiə naziri Ehud Barack Burgasdakı terror aktını “Hizbullah”ın törətdiyini bildirib. İsrail Bolqarıstan istintaqçılarına kömək üçün mütəxəssis qrupu göndərib.

Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov İsrailin xarici işlər naziri Avigdor Libermana bildirib ki, partlayıcı maddə avtobusa qoyulubmuş.
İsrailin baş naziri Benyamin Netanyahu partlayışa görə İranı ittiham edib.

İsraildən olan turistləri Burgas hava limanına aparan avtobus iyulun 18-də axşam saatlarında partladılıb.
XS
SM
MD
LG