Keçid linkləri

2025, 19 Yanvar, bazar, Bakı vaxtı 04:57

Suriyaya ağır sanksiyalar tətbiq olunmalıdır


Bu gün BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclası olacaq.

BMT-nin baş katibi Ban ki-Moon və Suriya üzrə xüsusisi nümayəndə Kofi Annan bu günkü iclasında Suriya hakimiyyətinə qarşı ağır sanksiyalar tətbiq etməyə çağırıb. Rusiya və Çinin isə veto hüququndan istifadə edəcəyi gözlənilir.

“Dəməşqdə baş verən dünənki partlayış onu göstərdi ki, prezident Bashar Assad ölkədəki vəziyyətlə bağlı nəzarəti itirir”. Ağ Evin məlumatında belə deyilir.

Suriyanın müdafiə naziri Daoud Rajiha, müdafiə nazirinin müavini Assef Shavkat, Assef (o, həm də Assadın qaynıdır) və general Hassan Turkomani dünən intiharçının törətdiyi partlayışda həlak olublar. Daxili işlər naziri İbrahim al-Shaar isə aldığı yaralardan bir müddət sonra keçinib.


Partlayışa görə məsuliyyəti islamçı qrup və Azad Suriya Ordusu üstünə götürüb.
XS
SM
MD
LG