Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:55

Əli Həsənov: «YAP-ın prezidentliyə namizədi İlham Əliyevdir»


Əli Həsənov
Əli Həsənov
-
«YAP-ın prezidentliyə namizədi partiyanın sədri, hazırkı dövlət başçısı cənab İlham Əliyevdir. Bu, birmənalı olaraq belədir və partiyada onun alternativi yoxdur. Amma cənab İlham Əliyev 2013-cü il seçkiləri ilə bağlı hələ özü açıqlama verməyib. Ona görə də, YAP-ın ali rəhbər orqanı hələ yığışıb bunu müzakirə etməyib».

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Media forum» saytına müsahibəsində belə deyib.

Onun fikrincə, hakimiyyətin və YAP-ın prezident seçkisinə hazırlaşmasına ehtiyac yoxdur:

«Hakimiyyət də, hakim partiya da uzun müddətdir ki, kampaniyaçılıqdan imtina edib. Biz faktiki olaraq bir seçki qurtaran gündən növbəti seçkiyə hazırlaşırıq... İnsanların istək və arzularını, ehtiyaclarını, hakimiyyətdən gözləntilərini müəyyənləşdirib bunları dövlət proqramları şəklində həyata keçiririk... Ona görə də, seçkiyə bir müddət qalmış ayrıca kampaniya aparmağa ehtiyacımız yoxdur. Kampaniyanı o adamlar aparırlar ki, 5 il yatırlar, gizlənirlər və seçki gələndə meydana çıxırlar».

Bəs İlham Əliyev seçkidə iştirak etməməyə qərar versə, hakimiyyətin, YAP-ın namizədi kim ola bilər? Prezident Administrasiyasının rəsmisi bunu proqnozlaşdırmaq istəmədiyini deyir:

«Hələlik zamanımız var. Mən ona da əminəm ki, YAP-ın hazırlıqları, gözləntiləri və müəyyən edilmiş normaları, eyni zamanda artıq müəyyən olunmuş namizədi var. Ona görə də, bu gün bu məsələ ətrafında fikir mübadiləsi aparmağa ehtiyac yoxdur, hələlik tezdir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG