Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Respublika Prokurorluğu Saatlıdakı həbslə bağlı rəsmi məlumat yaydı


-
İyulun 18-də Baş Prokurorluq Saatlı rayon sakini Mirabad Rzayevin həbsi ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, iyulun 13-də M.Rzayev Saatlı rayon icra hakimiyyəti başçısının qəbulunda olub. İcra başçısı Siraqəddin Cabbarova zor tətbiq edib:

«İcra başçısı iclas zalında vətəndaşları qəbul edərkən Mirabad Rzayev onun pencəyinin yaxasından və qolundan tutub dartıb. Onu vurmağa cəhd etməklə hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq edib».

M.Rzayev barəsində Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

M.Rzayev «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının fəalıdır. O, iyulun 16-dan Şüvəlan İstintaq Təcridxanasında saxlanılır.

M.Rzayevə 2 ay, oğlu Mirsalehə isə 10 sutka həbs verilib.

Evi 2010-cu ilin daşqınında ziyan çəkən M.Rzayev 2 ildir problemin ədalətli həllinə çalışır. O, Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyətini məhkəməyə verib.
XS
SM
MD
LG