Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Suriyanın müdafiə naziri öldürüldü


İyulun 18-də Suriyanın müdafiə Daud Abdulla Racihanı Dəməşqin mərkəzində kamikadze hücumuna məruz qalaraq öldürülüb. Məlumatı Suriyanın dövlət mediası yayıb.

Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin binasında bomba partlayışı nəticəsində bir neçə rəsmi şəxs də xəsarət alıb.

Bu partlayış paytaxtda hökumət qüvvələri və qiyamçılar arasında gedən savaşın dördüncü gününə təsadüf edir.

Bu günün sonuna yaxın gözlənilirdi ki, BMT-nin Təhlükəsizlik Şurasında Suriya konfliktinə dair qətnamə layihəsinə səsvermə keçiriləcək. Bu qərarın qəbul olunub-olunmayacağı hələ ki bəlli deyil, çünki Təhlükəsizlik Şurasında səsverməyə veto hüququ olan üzv Rusiya Qərb ölkələrinin Suriyadakı rejimə sanksiyalar tətbiq etməsinə qarşı çıxır.
XS
SM
MD
LG