Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 11:34

Azərbaycan və Ermənistan nazirləri sentyabrda görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın sonlarında BMT Baş Assambleyasının növbəti sessiyasının açılış mərasimi çərçivəsində keçirilə bilər.

Bu haqda jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Elmar Məmmədyarov deyib ki, nazirlərin görüşündən əvvəl isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə Avropa ölkələrinin birində ayrı-ayrı görüşməyi keçirməyi təklif ediblər.

Hazırda görüşün vaxtı müəyyənləşdirilir.
This item is part of
XS
SM
MD
LG