Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:22

Kim Jong orduya rəhbər təyin olundu


Şimali Koreya mediası məlumat verir ki, ölkənin lideri Kim Jonga ölkə ordusunun marşalı adı verilib. Dünən iyulun 17-də ölkənin baş generalı Ri Young Ho vəzifəsindən uzaqlaşdırılandan sonra gənc lideri yüksək ranqlı hərbi zabit etmək qərarı verilib.

Hökumətyönlü mətbuat yazır ki, Ri Young Ho-nun vəzifədən getməsi “xəstəliyi ilə bağlı”dır.

Ri gənc ölkə başçısının 2011-cii lin dekabrında vəfat edən atası Kim Jong Il tərəfindən 3 il əvvəl orduya rəhbər təyin olunmuşdu.

Bu qərarla da Kim nüvə-silahlı dövlət və onun ən güclü institutu - milyon adamlıq hərbi sistemi üzərinə nəzarəti tamam ələ keçirir.
XS
SM
MD
LG