Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

İlin sonunadək Azərbaycan rəqəmsal TV ilə əhatə olunacaq


İlin sonunadək Azərbaycanın bütün ərazisi rəqəmsal TV ilə əhatə olunacaq. Trend-in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ötən gün «Ənənəvi KİV-dən on-line mediaya» mövzusunda keçirilən konfransda bildirib.

«Hazırda Azərbaycanda rəqəmsal televiziyanın əhatə dairəsi 85 faiz təşkil edir. Ölkə regionlarında əhaliyə 12 kanaldan ibarət sosial paket təklif olunur, Bakıda bu sosial paket 24 kanaldan ibarətdir», - Vəlizadə deyib.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hazırladığı strategiyaya görə, ölkənin hər bir yaşayış məntəqəsi optik-lif kabeldən istifadə olunmaqla yüksəksürətli internetə keçməlidir. Bu tədbirlər Azərbaycan Dövlət Neft Fondu ilə birgə həyata keçiriləcək.
Bu gün regional səviyyədə, eləcə də özəl şirkətlər tərəfindən genişzolaqlı infrastrukturun yaradılması üzrə böyük işlər görülür.

Vəlizadənin sözlərinə görə, Azərbaycanda hər 100 nəfərə 110 mobil telefonun düşdüyü, üç mobil rabitə operatorundan hər birinin genişzolaqlı çıxış xidmətləri təqdim etdiyi nəzərə alınarsa, ölkənin hər bir vətəndaşı faktiki olaraq ümumdünya şəbəkəsindən istifadə etmək imkanına malikdir.
XS
SM
MD
LG