Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 01:48

Əfqanıstanda NATO təyyarəsi qəzaya düşüb


İyulun 18-də Əfqanıstanın qərbində NATO-nun təyyarəsi qəzaya uğrayıb. Nəticədə ABŞ-ın hərbi koalisiya ilə xidmət edən iki hərbçi yaralanıb.

NATO-nun bəyanatında bildirilib ki, qəza ilə bağlı araşdırma aparılır. Nisbətən dinc qərb zonasında qəzaya dair digər məlumatlar açıqlanmayıb.

Bundan başqa, NATO məlumat yayıb ki, Əfqanıstanın cənubunda üsyançı hücumu zamanı iyulun 18-də bir hərbçi öldürülüb. Öldürülən əsgərin milliyyəti hələ məlum deyil.
XS
SM
MD
LG