Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:32

III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb


-
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə iyulun 14-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Məlumatda deyilir ki, imtahanda iştirak etmək üçün sənəd vermiş 30 831 abituriyentdən 984 nəfəri imtahanda iştirak etməyib. Abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiyinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən, 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə «Abituriyent» jurnalının 3-cü sayında dərc olunacaq.

III qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu zaman abituriyentin hər hansı bir imtahan fənni istisna olmaqla, qalan dörd fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.
XS
SM
MD
LG