Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

«ÜTT-yə 10 il qabaq daxil olsaydıq, bu gün problemlərlə üzləşəcəkdik»


Ümumdünya Ticarət Təşkilatının loqosu
Ümumdünya Ticarət Təşkilatının loqosu
«Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması yönündə danışıqlar prosesi davam etdirilir. Bu danışıqların da ana xəttini Azərbaycanın milli maraqlarının gözlənilməsi təşkil edir».

Gun.az saytının məlumatına görə, bunu parlamentin iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

İyulun 17-də parlamentin 2012-ci il yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Ziyad Səmədzadə deyib ki, Ümumdünya Ticarət Təşkilatına qəbul olunmaqla bağlı tələskənliyə yol vermək olmaz:

«Vaxtilə bizə Qırğızıstanı misal göstərirdilər ki, bu ölkə necə tez bir zamanda ÜTT-yə qəbul olundu. Qırğızıstanın həmin təşkilata 12-13 il bundan öncə qəbul olunmasına baxmayaraq, baxın görün, onun bu gün iqtisadi durumu nə yerdədir, bu quruma hələlik üzv olmayan Azərbaycanın iqtisadi vəziyyəti nə yerdədir. Ona görə də hesab edirəm ki, bu məsələdə tələsmək olmaz».

APA-nın məlumatına görə, Ziyad Səmədzadə danışıqlar prosesində mili maraqların nəzərə alınması istiqamətində işlərin aparıldığını qeyd edib:

«Çalışmalıyıq ki, yerli istehsal qorunsun. Düşünürəm ki, Azərbaycan yaxın vaxtlarda bu quruma daxil olacaq. Bir çox ölkələr Ümumdünya Ticarət Təşkilatının üzvüdür. SSRİ dağılandan sonra bir sıra respublikalar tələsik bu quruma üzv qəbul olundu. Biz Ümumdünya Ticarət Təşkilatına 10 il qabaq daxil olsaydıq, bu gün problemlərlə üzləşəcəkdik».

Cənubi Qafqazdan Gürcüstan və Ermənistan ÜTT-nin üzvüdür. Azərbaycan bu təşkilata üzv olmaq üçün 15 il əvvəl müraciət etsə də, hələ ki qəbul olunmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG