Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Siyasi partiyaların dövlət maliyyələşməsi gələn il başlayacaq


2012-ci ilin büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı «Siyasi partiyalar haqqında» qanuna edilmiş dəyişikliklərin icrası gələn ilə qalıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.

Onun sözlərinə görə, qanunun icrasının yubanması bu amillə bağlıdır: «Növbəti ilin büdcəsinə baxılarkən bu məsələ nəzərə alınacaq. Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq».
XS
SM
MD
LG