Bu ilin 6 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1343 akt və 460 protokol tərtib olunub, 583 icrası məcburi olan göstəriş verilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qanun pozuntusuna yol verdiklərinə görə, hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 444 iş üzrə 2542011.1 manat məbləğində cərimə tətbiq edilib.
İdarə və müəssisələrə 2773 iş üzrə 661447.82 manat məbləğində ödəmə tətbiq edilib, ondan 636019.25 manatın ödənilməsi təmin olunub.
Nazirlik bildirir ki, tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 103 işdən 24-nə, icra qruplarına göndərilmiş 263 işdən 137-nə, məhkəmələrə göndərilmiş 106 işdən 62-nə baxılıb müvafiq tədbirlər görülüb.