Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Polşanın xarici işlər naziri Azərbaycana səfərə gəlir


Polşanın xarici işlər naziri Radoslav Sikorsky iyulun 17-də Azərbaycana səfərə gələcək.

Azərbaycan XİN-in mətbuat xidmətindən Ans Press-ə verilən məlumata görə, səfər iki gün davam edəcək.

Səfər çərçivəsində Radoslav Sikorksky’nin prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşləri baş tutacaq. Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafının müzakirə ediləcəyi gözlənilir.

Elmar Məmmədyarov və Radoslav Sikorsky’nin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək.
XS
SM
MD
LG