Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

Prezident Administrasiyası: Azərbaycanda internet media dövlət tərəfindən dəstəklənə bilər


Arxiv foto
Arxiv foto
Gələcəkdə Azərbaycanda internet media dövlət tərəfindən dəstəklənə bilər.

Trend-in məlumatına görə, bunu iyulun 17-də jurnalistlərə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

Onun sözlərinə görə, internet medianın dövlətdən yardım almaq məsələsi bu günki qanunvericilikdə yoxdur.

«Amma bu günkü dinamik inkişaf şəraitində heç nə istisna olunmur. Yəqin gələcəkdə bu məsələlərə baxılanda, qanunvericilik bazasının formalaşması prosesində internet medianın dövlət tərəfindən dəstəklənməsi məsələsinə diqqət yetiriləcək», - PA rəsmisi qeyd edib.

O əlavə edib ki, bu gün internet medianın tənzimlənməsi ilə bağlı müzakirələr çox aktualdır. Bu gün infomasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etdiyi üçün bu məsələlərə də göstərilən diqqət çox yüksəkdir.

Mehdiyev bildirib ki, gələcəkdə internet media üstünlük təşkil edəcək. Buna görə də bu sahə üzrə müzakirələr aparmaq lazımdır. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə və bizim cəmiyyətin maraqlarına uyğun qərarların qəbul olunması labüddür.

Mehdiyev deyib ki, bu gün Azərbaycanda «Kütləvi informasiya vasitələri haqqında» qanun beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanıb və qəbul olunub.

O qeyd edib ki, bu gün ekspertlərin də qiymətləndirdiyi kimi, bu qanun Avropada KİV haqqında ən liberal qanunlardan biridir.

«Azərbaycanda da dövlət siyasətinin əsas prioritet istiqaməti ondan ibarətdir ki, söz və mətbuat azadlığının tam bərqərar olmasına, KİV-lərin azad, müstəqil fəaliyyət göstərməsinə, plüarist medianın mövcudluğuna hərtərəfli şərait yaradılsın. Bu baxımdan düşünmürəm ki, gələcəkdə Azərbaycanda KİV-lərin fəaliyyəti ilə bağlı hər hansı məhdudlaşdırma ola bilər. Əksinə, KİV-lərə dövlət tərəfindən maddi və iqtisadi dəstək göstərilir»,- Mehdiyev əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG